Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: "Ediləcək heç nə yoxdur..." - FOTO

Türkiyənin məşhur müğənnisi, bəstəkar, şair Nazan Öncel təcili xəstəxanaya yerləşdirilib.

Jul 20, 2025 - 15:42
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: "Ediləcək heç nə yoxdur..." - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ilk məlumatı onun mətbuat katibi Yağız Yılmaz yayıb.

Y.Yılmaz bildirib ki, ürək xəstəliyindən əziyyət çəkən müğənninin səhhəti sübh tezdən pisləşib:

“N.Öncel səhər saat 04:30 radələrində yüksək nəbz və yüksək təzyiq şikayətləri ilə xəstəxanaya aparılıb. Ürəyinə daha bir stent qoyulub. Həkimlər vəziyyətini stabilləşdirmək üçün müdaxilələri davam etdirirlər”.

Sevilən ifaçı özü də səhhəti ilə bağlı paylaşım edib:

"Bu ürək üçün daha nə etməliyəm? "Gəz" dedi, gəzdim, "pəhriz saxla" dedi, saxladım, "bol su iç" dedi, içdim, "stent" dedi, o da edildi. Olmayanda olmur, demək ki... Daha ediləcək heç nə yoxdur. Dualarınızı əsirgəməyin”.

Qeyd edək ki, N.Öncel may ayında da oxşar problemlə bağlı xəstəxanalıq olub. Bu zaman müğənninin ürəyinə iki stent qoyulub.

Banu

Fotolarda: Nazan Öncel