"Allah hamının balasını saxlasın, mənimki də içində" - Tolik

Aparıcı-prodüser Tarix Əliyev yeni doğulan qızından danışıb.

May 8, 2025 - 20:23
"Allah hamının balasını saxlasın, mənimki də içində" - Tolik

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Tarixin bir günü" verilişində açıqlama verib. Tolik deyib ki, övladının gündəmdə olmağını istəmir:

"Hamı dünənki hadisənin necə olmasını, necə gizli qalmasını maraqlanır. Allah hamının balasını xoşbəxt böyütməyi qismət etsin, mənimkini də içində. Məclisə çox az dost dəvət etdim. Bir çox müğənni məndən küsdü, "qara siyahı"ya atdı. 45 yaşımdan 46 yaşıma keçəndə atalıq hissi yaşamışam. İstəmirəm uşağım gündəmdə olsun". (olay)