“Rusiyadakı etnik anklavlar ekstremizm ocağına çevrilə bilər” - Medvedev
Rusiya ərazisində yaranan etnik anklavlar gələcəkdə ekstremizm ocağına çevrilə bilər.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev miqrasiya problemləri üzrə iclasda deyib.
O, belə anklavların yaranma mexanizmini təsvir edərkən bildirib ki, əməkçi miqrant ailələrinin ölkədə uzun müddət qalması ölkənin sosial sahəsinə çox ciddi yük yaradır. Bu həm də millətlərarası münasibətlərdə gərginliyə gətirib çıxarır.
Medvedevin fikrincə, belə əcnəbilər heç bir yerdə işləmir, oxumur və Rusiya qanunlarına riayət etmək istəmirlərsə, o zaman vəziyyət daha da ağırlaşır.
Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi yazdan başlayıb. Buna “Crocus City Hall” konsert zalında terror aktının baş verməsi səbəb oldu. Həmin terror aktını dörd Tacikistan vətəndaşının icra etdiyi məlum oldu.
Xatirə SADİQ