Almaniya sanksiya hazırlığına başlayıb - “Rusiya günün sonuna qədər…”

“Əgər günün sonuna qədər Moskva Ukraynada 30 günlük atəşkəslə razılaşmasa, Almaniyada yeni sanksiyalara hazırlıq başlayacaq”.

May 12, 2025 - 16:02
Almaniya sanksiya hazırlığına başlayıb - “Rusiya günün sonuna qədər…”

SAVASHMEDİA.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin mətbuat katibi Stefan Kornelius bildirib. 

Onun sözlərinə görə, atəşkəsə razılıq verilməyəcəyi təqdirdə Almaniya hökuməti avropalı tərəfdaşları ilə koordinasiyada Rusiyaya qarşı sanksiyalar hazırlamaq istəyir.

“Vaxt gedir. Bu gün başa çatanda siyasi müşavirlər səviyyəsində sanksiyalara hazırlıq başlayacaq. Eyni zamanda, biz Brüsseldə 17-ci sanksiyalar paketini hazırlayırıq”, - deyə hökumət sözçüsü vurğulayıb.

Xatirə SADIQ