Kreml oyunbazlıqda ittiham olundu - “Atəş altında nə danışıq?”

“Kreml Ukraynada müharibəyə son qoymaq üçün hər hansı danışıqlardan əvvəl atəşi dayandırmalıdır”.

May 12, 2025 - 16:08
Kreml oyunbazlıqda ittiham olundu - “Atəş altında nə danışıq?”

SAVASHMEDİA.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Kallas jurnalistlərə xatırladıb ki, Rusiya Federasiyası gecə 100-dən çox PUA ilə Ukraynaya hücum edib. 

“Biz Rusiyaya təzyiq etməliyik ki, o həqiqətən də sülhə can atsın və Ukrayna ilə danışıqlar masasına otursun. Əgər onlar Ukraynanı bombalamağa davam etsələr, atəşkəs olmasa, atəş altında danışıqlar mümkün deyil”, - deyə Aİ-nin baş diplomatı Moskvanı “oyun oynamaqda” ittiham edib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares hesab edir ki, əgər cümə axşamı İstanbulda keçiriləcək potensial görüş Rusiya üçün sadəcə olaraq vaxt uzatmaq üslubudursa, o zaman onun heç bir mənası yoxdur.

Xatırladaq ki, Ukrayna, ABŞ və Avropanın 30 günlük atəşkəs təklifinə cavab olaraq Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Kiyevlə “birbaşa danışıqlara” hazır olduğunu bildirdi.

Bunun ardınca ABŞ prezidenti Donald Tramp Moskvanın “əvvəlcə atəşkəs, sonra danışıqlar” şərtinə məhəl qoymamasına baxmayaraq, Ukraynadan İstanbul görüşünə dərhal qazılıq verməyi tələb etdi. 

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı İstanbulda Rusiya lideri ilə şəxsən danışmağa hazır olduğunu bəyan etməklə Kreml liderini fakt qarşısında qoydu. 

Xatirə SADIQ