Putin Kabayevadan olan oğullarına SƏRT QADAĞA qoydu - "Onlardan danışmayın"

Rusiya prezidenti Vladimir Putin və Alina Kabayevanın iki oğlu - İvan və Vladimirin təhsili üçün Avropadan 20-dən çox dayə, müəllim və baxıcı işə götürülüb.

May 30, 2026 - 13:32
Putin Kabayevadan olan oğullarına SƏRT QADAĞA qoydu - "Onlardan danışmayın"

SAVASHMEDİA.az xatırladır ki,  Rusiya prezidenti Vladimir Putinin rəsmi sənədlərdə Spiridonov qoruyucu soyadından istifadə edən oğullarının təhsili üçün əcnəbilərə hər il yüz minlərlə dollar xərclənir.

Məlumata görə, uşaqların “təhsilli avropalılar” kimi yetişdirilməsi müəllimləri qarşısında xüsusi məqsəd kimi qoyulub. Müəllimlərin böyük hissəsi Almaniya, Böyük Britaniya, Yeni Zellandiya və digər Qərb ölkələrindən seçilib. 

İşə qəbul edilənlər ciddi məxfilik və nəzarət şərtləri altında çalışırlar. Onlara sosial şəbəkələrdən istifadə, kənar şəxslərlə ünsiyyət və iş barədə məlumat paylaşmaq qadağan edilib, həmçinin onların hərəkət azadlıqları məhdudlaşdırılıb.

Fotoda: Putinin övladları İvan və Vladimir Spiridonovlar

Müəllimvə dayələrə tətbiq edilən qadağalar bununla yekunlaşmır. Onlara həmçinin ideoloji və siyasi mövzularla bağlı sərt qaydalar tətbiq olunur. Xüsusilə “LGBT mövzularına toxunmayın” kimi sərt qadağaların olduğu bildirilir.

Maaşların zamanla artdığı, bəzi baxıcıların aylıq gəlirinin 1400 avrodan 7 min avroya qədər yüksəldiyi qeyd olunur. İşlərin əsasən Kabayevanın yaxın çevrəsi tərəfindən idarə edildiyi iddia edilir.

Oğuz