Elşad Xose yoxa çıxıb? - Son paylaşımında nə demişdi? + DETALLAR 

Tanınmış reper Elşad Xose ilə bağlı son günlər yayılan xəbərlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Aug 1, 2026 - 00:30
Aug 1, 2026 - 00:40
Elşad Xose yoxa çıxıb? - Son paylaşımında nə demişdi? + DETALLAR 

SAVASHMEDİA.az xəbər verir ki, onun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə iddialar yayılıb. 

Lakin bu məlumatlar indiyədək rəsmi təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, Elşad Xose bu ilin əvvəlində hüquq-mühafizə orqanları ilə yaşadığı insidentdən sonra gündəmə gəlmişdi. O, 8 yanvar 2026-cı ildə saxlanılmış və məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə 15 sutka inzibati həbs cəzası almışdı.

Daha sonra, 19 yanvar 2026-cı ildə Elşad Xosenin azadlığa buraxıldığı barədə məlumat yayılmış və o, azadlığa çıxdıqdan sonra sosial şəbəkə hesabından izləyicilərinə müraciət etmişdi. Sonrakı aylarda hesabında yalnız məhdud sayda paylaşımlar görünsə də, son günlər yayılan iddialarla bağlı hər hansı açıqlamaya rast gəlinmir.

Qeyd edək ki, 28 iyul 2026-cı ildə sosial şəbəkələrdə Elşad Xosenin Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddialar yayılıb. Bəzi paylaşımlarda onun xəstəxanaya qardaşı tərəfindən aparıldığı bildirilib. 

Yayılan xəbərlərdən sonra Respublika Psixiatriya Xəstəxanası Elşad Xose ilə bağlı iddiaları təkzib edib.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən şəxsin psixi sağlamlığı, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur. Bu səbəbdən hər hansı şəxsin psixiatriya müəssisəsində müalicə alıb-almaması barədə məlumat üçüncü şəxslərə açıqlana bilməz. Nazirlik bu səbəbdən xəbəri nə təsdiqləyib, nə də təkzib edib.

Maraqlısı isə budur ki, iddianın günlərdir tirajlanmasına baxmayaraq Elşad Xose hər hansı açıqlama verməyib. Yəni, reper xəstəxanada deyilsə, əli sosial şəbəkələrə çatırsa niyə haqqında yayılmış xəbərləri şəxsən özü təkzib etmir? Təkzib etməməsi bir yana, niyə məlum xəbər çıxdıqdan sonra sosial şəbəkə hesablarında bir dənə də olsun, paylaşım etməyib?

Aytən