“Əhməd, sən böyük lider olacaqsan!” - Trampın məktubu
ABŞ prezidenti Donald Tramp Dəməşqə göndərdiyi əlyazma məktubunda Suriya və onun prezidenti Əhməd əl-Şaraya dəstəyini bir daha təsdiqləyib.
"Əl-Ərəbiyyə" xəbər verir ki,Tramp və əl-Şaraanın keçən ay Oval Kabinetdəki görüşünün fotosunun yer aldığı məktubu ABŞ səfiri Tom Barrack çatdırıb.
"Əhməd, sən böyük lider olacaqsan, ABŞ da kömək edəcək!" - deyə məktubda qeyd olunub.
Tramp Suriya prezidentini tərifləyib və İsraili Suriya ilə danışıqları davam etdirməyə çağırıb.
"İsrailin Suriya ilə güclü və səmimi dialoqu davam etdirməsi və Suriyanın firavan bir xalqa çevrilməsinə mane olacaq heç bir şeyin baş verməməsi çox vacibdir", - Tramp sosial media platforması "Truth Social"da bildirib. (yeni sabah)