Putinlə 5 saatlıq görüş uğursuz oldu - Uitkoff Kremli tərk etdi
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff arasında Ukrayna ilə bağlı məsələlərin müzakirə olunduğu görüş təxminən beş saatdan sonra başa çatıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.
Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə görüşdən sonra danışıqların detalları barədə açıqlama verib.
Uşakov bildirib ki, tərəflər bəzi məsələlərdə razılığa gəlməyə hazır olsalar da, bir sıra məqamlar tənqid doğurub. Buna baxmayaraq, onun sözlərinə görə, “faydalı müzakirə” baş tutub.
O əlavə edib ki, görüş zamanı ərazi məsələləri də gündəmə gətirilib. Buna rəğmən, kompromislər hələ tapılmayıb və Rusiya və ABŞ liderlərinin görüşü hazırda planlaşdırılmır.
Uşakov vurğulayıb ki, uzunmüddətli sülhə nail olmaq üçün iş davam etdiriləcək.
Oğuz