YAP-ın qurultayı ilə bağlı AÇIQLAMA

Yeni Azərbaycan Partiyasının (YAP) qurultayına hazırlıq işləri davam etdirilir.

Sep 27, 2026 - 14:24
YAP-ın qurultayı ilə bağlı AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, partiyanın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir keçirilir: 

"Təbii ki, qurultayın gündəliyində, ilk növbədə, 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq və bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq".

Qeyd edək ki, YAP-nin 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.