Fəzail İbrahimli qarpızsatanla NEÇƏ MANATA görə dalaşıb? - MƏBLƏĞ bilindi

Deputat Fəzail İbrahimlinin qarpızsatanla mübahisəsi ilə bağlı açıqlaması yeni suallar yaradıb. 

Sep 27, 2026 - 14:56
Sep 27, 2026 - 15:13
Fəzail İbrahimli qarpızsatanla NEÇƏ MANATA görə dalaşıb? - MƏBLƏĞ bilindi

SAVASHMEDİA.az xəbər verir ki, deputatın ağ çıxan qarpızlara görə ödəmək istəmədiyi məbləğ xüsusilə maraq doğurur.

Xatırladaq ki, Fəzail İbrahimli iki qarpız kəsdirdiyini və hər ikisinin ağ çıxdığını, üçüncü qarpızı isə kəsməyə qoymadığını bildirib. 

Deputatın sözlərinə görə, ağ çıxan iki qarpızın pulunu da ödəmək istəyib. Lakin satıcı onunla kobud danışdığı üçün pul verməyib və tərəflər arasında mübahisə yaranıb.

Deputatın bu açıqlaması isə təbii olaraq sual doğurur. Əgər o, ağ çıxan qarpızların pulunu ödəməyə hazır idisə, onda tərəflər arasında mübahisə niyə yaranırdı? Məntiq deyir ki, deputat ağ çıxan qarpızlara görə ödəniş etmək istəməyib və mübahisə də elə buna görə düşüb. 

İndi isə qalmaqala səbəb olan ağ qarpızların təxmini maddi dəyərini hesablamağa çalışaq.

Qarpızın kiloqramının təxmini qiymətini 50 qəpikdən, ağ çıxan iki qarpızın hər birinin təxmini çəkisini isə 5-8 kiloqramdan hesablasaq, iki qarpızın ümumi çəkisi 10-16 kiloqram edir.

Hesab isə sadədir:

10 kq × 0,50 manat = 5 manat

16 kq × 0,50 manat = 8 manat

Bu təxmini hesablamaya əsasən, deputatla qarpızsatanı bir-birinə düşmən edən iki ağ qarpızın ümumi dəyəri təxminən 5-8 manat arasında dəyişir.

Aytən