“Rusiya ciddi şəkildə narahatdır...” – Sergey Lavrov
Rusiya Yaponiyanın remilitarizasiya prosesindən ciddi şəkildə narahatdır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 19-cu Şərqi Asiya Sammitində iştirakdan sonra keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Yaponiya müdafiə sənayesinə daha çox sərmayə qoymağa və doktrinal sənədləri, o cümlədən qabaqlayıcı zərbələr konsepsiyasını modernləşdirməyə başlayıb. Bundan başqa, Yaponiya kiberməkan, kosmik tədqiqatlar və digər yeni sahələrdə səylərini artırır.
Lavrovun fikrincə, bu cür tendensiyalar müasir dünya düzəninin bütün sisteminin sıradan çıxmasına gətirib çıxara bilər.
Rusiya XİN-nin rəhbəri hesab edir ki, Yaponiyanı bu kursa sövq edən məhz ABŞ-dir.
Xatirə SADİQ