Rusiya prezidenti Aşqabadda bunları dedi

“Ümumbəşəri sülh və hərtərəfli inkişaf yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursuna, öz dünyagörüşünə, öz adət-ənənələrinə və dini ideyalarına hörmət olunmaqla təmin edilə bilər ”.  

Oct 11, 2024 - 12:55
Rusiya prezidenti Aşqabadda bunları dedi

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Aşqabadda səfərdə olan Rusiya prezidenti Vladimir Putin deyib.

O, türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Zaman və sivilizasiyaların qarşılıqlı əlaqəsi sülhün və inkişafın əsasıdır” adlı beynəlxalq forumun plenar iclasında çıxış edib. 

Fraqinin ədalət və bərabərlik, harmoniya və məsuliyyət, tolerantlıq və anlaşma, hörmət və həmrəyliyə çağırdığını xatırladan Rusiya prezidenti bildirib ki, bu anlayışlar bu gün də ağıllı insanlara yaxındır, dünyanın sivilizasiyaların qırılma xətləri, millətlərarası və konfessiyalararası münaqişələrin yaratdığı misli görünməmiş təhlükələrlə üzləşdiyi indiki çətin şəraitdə tələb edilir.

Putinin sözlərinə görə, beynəlxalq münasibətlər qlobal əsaslı dəyişikliklər dövrünə qədəm qoyub, yeni dünya nizamı formalaşır və bu proses dönməzdir.

Xatirə SADİQ