“Kral da xəbərdardır...” - Britaniyanın Baş naziri istefa verəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu gün səhər saatlarında Britaniya Kralı III Çarlzı da Leyboristlər partiyasının rəhbəri vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlandırıb.
63 yaşlı Kir Starmer yeni Baş nazir seçilənədək vəzifəsini icra edəcək. Starmer seçiləcək yeni Baş nazirə tam və birmənalı dəstək verəcəyini bildirib.
Xatırladaq ki, o, 2024-cü ildən Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edirdi. Son dövrlərdə Britaniyada iqtisadi məsələlərlə bağlı Starmer hökumətindən ciddi narazılıqlar var idi.
Banu