Rusiya ABŞ Konqresinə müraciət etdi – “Susmaq təqsirin sübutudur”
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yanvarın 30-da ölkə prezidenti Vladimir Putinə sui-qəsdin təşkili ilə bağlı müzakirələrin aparılması ilə bağlı ABŞ Konqresinə və BMT-yə müraciət ünvanlayıb.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbəbr verir ki, bu barədə parlament palatasının “telegram” kanalı məlumat yayıb.
Sənədə görə, bu cür hərəkətlər beynəlxalq dövlət terror aktı kimi qiymətləndirilə bilər: “Dövlət başçısına sui-qəsdin təşkilinin müzakirəsi cinayətdir, bundan əlavə, bu, qlobal təhlükəsizliyə ciddi təhdiddir və qlobal nüvə müharibəsinə səbəb ola bilər”.
Dövlət Duması hesab edir ki, Putini “öldürmək” cəhdləri ilə bağlı bəyanata reaksiya verilməməsi təqsirin sübutudur. “Biz C. Bayden və A.Blinkenin [amerikalı jurnalist] T. Karlsonun bəyanatına heç bir reaksiya verməməsini onların təqsirinin sübutu və məsuliyyətdən yayınmaq niyyəti kimi qiymətləndiririk”, - müraciətin mətnində deyilir.
Qeyd edək ki, Putindən müsahibələr almaqla tanınan amerikalı jurnalist Taker Karlson həmkarı Mett Taibbi ilə söhbətində Co Baydenin prezidentliyi dövründə ABŞ hakimiyyətinin Rusiya prezidenti Vladimir Putini öldürməyə cəhdi etdiyini bildirib. O, baş verənləri “sadəcə dəlilik” adlandırıb. Onun sözlərinə görə, Bayden dövründə dövlət katibi vəzifəsində çalışmış Antoni Blinken, fəaliyyətinin son iki ayında “ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün mümkün olan hər şeyi etdi”. Karlson çaşqınlığını belə ifadə edib: “O, bundan necə qurtuldu”.
Xatirə SADİQ