Rusiya və Ukrayna əsirləri dəyişdirdi

Rusiya və Ukrayna arasında əsir növbəti mübadiləsi həyata keçirilib.

Aug 24, 2025 - 18:47
Rusiya və Ukrayna əsirləri dəyişdirdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hər iki tərəf 146 nəfər əsiri qarşılıqlı olaraq dəyişib. Eyni zamanda Kursk vilayətinin 8 sakini də azad olunub.

Rusiya Müdafiə Nazirliyi Birləşmiş əsir mübadiləsinin baş tutmasında Ərəb Əmirliklərinin vasitəçilik səylərini xüsusi qeyd edib.

Aytən İbrahimova