Zelenski Rusiyanın dərinliklərinə hücum ƏMRİ VERDİ

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib.

Jul 21, 2025 - 00:01
Zelenski Rusiyanın dərinliklərinə hücum ƏMRİ VERDİ

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Rusiyanın dərinliklərinə zərbələri davam etdirməyin vacibliyini vurğulayıb.

“Ali baş komandan, uzaqmənzilli zərbələrimizin effektivliyi barədə məlumat verdi. Həmçinin, baş komandan Ukraynanın Müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə birlikdə pilotsuz təyyarələrin istehsalı və təchizatı üçün əlavə maliyyə tələbləri üzərində işləyir”, - deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Sırski ilə Sumı vilayətindəki vəziyyəti də müzakirə edib. Zelenski başqa təfərrüatları açıqlamadan Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təyin edilmiş tapşırıqları tam yerinə yetirdiklərinə görə təşəkkür edib.

Oğuz