Britaniya kralının qəsri əxlaqsız qadınların görüş yerinə çevrilib - FOTO
“Vindzorun şən xanımları” Britaniya kral ailəsinin başına bəla olub.
SAVASHMEDİA.az xəbər verir ki, kraliça II Elizabetin 2022-ci ildə son nəfəsini verdiyi Vindzor qəsrinin ətrafı əxlaqsız qadınlar tərəfindən zəbt edilib.
Xarici mətbuatın yazdığına görə, özlərini “Vindzorun şən xanımları” adlandıran bu qadınlar Vindzor qalasının qalın divarlarından bir neçə kilometr aralıda kişilərlə görüşürlər. Onlar özlərinə müştəri tapmaq üçün verdikləri elanlarda görüş yerini təsvir məqsədilə “Əlahəzrətin qala divarına yaxın” ifadəsini xüsusi qeyd edirlər. Bununla onlar həm də lüks mənzillərdə görüşdüklərini vurğulayırlar.
Qeyd edək ki, əsası I Uilyam tərəfindən qoyulan Vindzor qəsri Bukinqem sarayından sonra kral ailəsinin ən məşhur iqamətgahlarındandır.
Vindzor iqamətgah olmaqla yanaşı, ailənin ən önəmli sığınacaqlarından biri hesab olunur. Çünki kraliça II Elizabet II Dünya müharibəsi zamanı bombardmanlardan xilas olmaq üçün bu qəsrə sığınıb, hətta ulyahəzrət burada vəfat edib və həyat yoldaşı şahzadə Filiplə birgə Vindzor qəsrinin ərazisində yerləşən Corc kapellasında dəfn olunub.
Qəsr hal-hazırda da kral ailəsi üçün xüsusi önəm kəsb edir. Belə ki, karl və kraliça rəsmi görüşlərin çoxunu, Pasxa bayramını bu qəsrdə keçirir, “Garter” ordeni mərasimini burada təşkil edirlər.
Eyni zamanda, Vindsor qəsri kral III Çarlz üçün zadəgan nəslinin mirası, monarxiyanın davamlılığının simvoludur.
Qeyd edək ki, kral ailəsi bir neçə həftə öncə Fransa Prezidenti Emmanuel Makron və xanımı Bricit Makronu Vindzor qəsrində qəbul etmişdi.
Banu