Tramp Ağ Evin kişi işçilərini bezdirib, gülməli ayaqqabı söhbəti - O niyə belə edir?
ABŞ Prezidenti Donald Tramp nazirlərə və Ağ Evdə çalışan bütün kişi rəsmilərə ayaqqabı hədiyyə edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Məlumata görə, Tramp Oval Ofisdəki iclaslarda söhbəti tez-tez ayaqqabı mövzusuna gətirir və onların ayaqqabı ölçüsünü soruşur. Məsələn o, Vitse-prezident Ceyms Devid Vensin 13, Dövlət katibi Marko Rubionun isə 11,5 ölçü (ABŞ-də ayaq ölçüləri fərqlidir-red) ayaqqabı geyindiyini öyrəndikdən sonra “ayaqqabı ölçüsündən insan haqqında çox şeyi anlamaq olar” deyib və onlar üçün kataloqdan ayaqqabı seçib.
Ayaqqabı mövzusu artıq Ağ Evdə ritual halına gəlib. Belə ki, ABŞ lideri rəsmilərə tez-tez “ayaqqabılarınız sizə çatdımı?” sualını verir. Rəsmilər isə Trampın hədiyyəsini elə Ağ Evdə, onlara təhvil verilən kimi ayaqlarına keçirirlər.
Mətbuat yazır ki, Tramp bəzən ölçülərini soruşmadığı Ağ Ev işçilərinə də ayaqqabı hədiyyə edir. Bu zaman gülməli durum ortaya çıxır. Çünki ayaqqabılar həmin adamlara kiçik və ya böyük olur. Bəzi rəsmilər böyük olsa da, ayaqqabıları geyinməyə məcbur olurlar.
Mətbuata açıqlama verən bir Ağ Ev rəsmisi (adı qeyd olunmayıb) hökumət evindəki bu vəziyyəti zarafatyana belə ifadə edib:
“Bəli, artıq burada çalışan bütün kişilər o ayaqqabıları geyinirlər. Gülməli olan isə odur ki, onlar bu ayaqqabıları geyinməməkdən çəkinirlər”.
Nəşrin yazdığına görə, bu durumdan şikayət edənlər də var. Məsələn, hökumət kabinetinin üzvü olan bir rəsmi şəxs Trampın hədiyyəsinə görə artıq öz sevimli “Luis Viton” (Louis Vuitton) brendi ayaqqabısını geyinə bilmədiyini deyib.
ABŞ Prezidenti rəsmilərə ayaqqabı hədiyyə etmək fikrinə ayaqlarında olan narahatlığa görə axtardığı rahat ayaqqabı brendini tapandan sonra gəlib. Trampın hədiyyə etdiyi ayaqqabılar baş ofisi Çikaqoda yerləşən brendə məxsusdur. Şirkət 1892-ci ildə yaradılıb. Ayaqqabılar klassik üslubdadır, təmiz dəridən hazırlanır və qiyməti 145 dollardır. Trampın ayaqqabılara ödədiyi pullar şəxsi büdcəsindəndir.
ABŞ liderinin ayaqqabı hədiyyə etdiyi şəxslər arasında Marko Rubio, Ceyms Devid Vens, müdafiə naziri Pit Heqset, ticarət katibi Hovard Lutniklə yanaşı, mühafizəkar televiziya aparıcıları Şon Hanniti, Taker Karlson və respublikaçı senator Lindsi Qrem də var.
Banu