"Elə bil, milçək vızıldayır, bədənini göstərir" - Ruhəngiz efirdə dalaşdı + VİDEO

Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində olan iştirakçı ilə mübahisə edib.

Jul 20, 2025 - 00:03
"Elə bil, milçək vızıldayır, bədənini göstərir" - Ruhəngiz efirdə dalaşdı + VİDEO

Buna səbəb iştirakçılardan birinin digər qonağa "Oxuyanda elə bil milçək vızıldayır. Bura elə bil oxumağa yox, bədən əzalarını göstərməyə gəlib" deməsi müğənnini özündən çıxardıb.

"Danışığınıza fikir verin. İnsanı bu qədər təhqir etməzlər. O, zəhməti ilə ev alıb, oxuyub. Bizim gəlinimizdir. Sizə burada hesab verməliyik, anket yazmalıyıq? Paxılsınız, onun bədən quruluşu sizi narahat etdi. Eyibdir, siz nə danışırsınız? Dünənki uşaq danışmaz. Sizin özünüzə məsləhət verən lazımdır. Lazım deyil adamı təhqir etmək. Yaxşı edib danışıram, düz edirəm. Böyüyəm danışıram, qabağımda danışmamalıdır" deyə, R.Allahverdiyeva əsəbiləşib.

(Axşam.az)