Tufan gəmini batırdı - 34 ölü 

Vyetnamın şimalında, Cənubi Çin dənizinin Halonq körfəzində turist gəmisinin batması nəticəsində azı 34 nəfər ölüb.

Jul 20, 2025 - 00:20
Tufan gəmini batırdı - 34 ölü 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Vyetnam Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8-i uşaq olmaqla, 34 qurbanın cəsədini aşkar ediblər. 11 nəfər isə xilas edilib.

Rəsmi məlumata görə, kruiz gəmisinin göyərtəsində 53 nəfər olub: 48 sərnişin və 5 ekipaj üzvü. Gəmi qəfil tufan nəticəsində aşıb.