Osman Sınav "Kurtlar Vadisi"nin hansı sirrini özü ilə məzara apardı? - TƏHDİD
Xəbər verdiyimiz kimi, Türkiyənin əfsanəvi rejissoru Osman Sınav ötən gün 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, O.Sınavın vəfatından sonra onun “Kurtlar vadisi”nin rejissorluğundan və prodüserliyindən niyə imtina etdiyi yenidən gündəmə gəlib.
Qeyd edək ki, bu sual vaxtilə Osman Sınava verilişlərdə bir neçə dəfə verilib. Rejissor isə cavab verməkdən imtina edib:
"Sualı cavabsız qoyacağam. Sirr olaraq qalacaq. Sirrimi də özümlə aparacağam. Mən həmişə bu sualdan yayınmışam, heç vaxt əsl səbəbi açıqlamamışam.Sadəcə masamın üstünü təmizləmək istəyirdim. Bircə bunu deyə bilərəm ki, bu gün olanlardan xəbərdar olmaq üçün “Ana Xəbər” bülletenlərini, bir həftə sonra olacaqlardan hali olmaq üçün isə "Kurtlar vadisi"ni izləyin".
Ayrılığın səbəbi onun yeni layihələrə yönəlmək istəməsi ilə əlaqələndirilsə də, yayılan məlumatlara görə, əsl səbəb serialda “Cerrahpaşalılar” olaraq adlandırılan “Karagümrük dəstəsinin” Osman Sınavı təhdid etməsi olub.
Belə ki, serialın 37-ci bölümündə “Cerrahpaşalıların” başçısı “Halit” obrazının dəhşətli qətli “Karagümrük dəstəsinin” rəhbəri Nuri Ergini qəzəbləndirib.
Nuri Ergin Osman Sınava “serialın rejissor və prodüserlərinə deyin ki, ən qısa zamanda o iki qardaşın kəlləsini alacağam” mesajını göndərib.
Xatırladaq ki, Osman Sınav 55-ci bölümə qədər “Kurtlar Vadisi”nin həm rejissoru, həm də prodüseri olub.
Səlcuq