Ukrayna tərəfdarları mitinq keçirib - Suriyada 

Dünən Suriyanın Maarrat-enNuuman şəhərində yerli sakinlər ölkələrinin Rusiya ilə münasibətlərinin normallaşmasına qarşı çıxıblar.

Oct 3, 2025 - 16:40
Ukrayna tərəfdarları mitinq keçirib - Suriyada 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalist Tomas van Linge X sosial şəbəkəsində məlumat və video paylaşıb. 

Aksiya zamanı Rusiya bombardmanları nəticəsində həlak olmuş suriyalıların şəkilləri, Suriya və Ukrayna bayraqları nümayiş etdirilib.
 
“Suriyalıların çoxu rusların amansız bombardmanlarının olduğu illəri unutmayıb. Həmin bombardmanların nəticəsində minlərlə günahsız insan həlak olub”, - deyə jurnalist yazıb.

Xatirə SADİQ