İşığın verilməsi bərpa olunur - İspaniyada

İspaniyada elektrik enerjisi istehlakını böyük fasilədən sonra bərpa edilir.

Apr 29, 2025 - 13:23
İşığın verilməsi bərpa olunur - İspaniyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İspaniyanın şəbəkə operatoru “Red Electrica” məlumat yayıb. 

Məlumata görə, elektrik enerjisi istehlakının 99,16%-i irimiqyaslı elektrik kəsilməsindən sonra bərpa olunub.

“Artıq 21 265 MVt hasilatla yarımadanın tələbatının 99,16%-i bərpa olunub. Magistral şəbəkə yarımstansiyalarının 100%-i işləyir. Biz işimizi davam etdiririk”, - deyə şəbəkə operatoru vurğulayıb.

Xatirə SADİQ