Tehran da avropalılarla görüşmək istəyir - “Reuters”

İran tərəfi ABŞ ilə növbəti danışıqlardan əvvəl avropalılarla görüşməyi təklif edib.

Apr 29, 2025 - 13:20
Tehran da avropalılarla görüşmək istəyir - “Reuters”

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, İran nüvə sazişinin avropalı iştirakçıları ilə bu cümə günü Romada görüş keçirməyi təklif edib. Amma bu, ABŞ ilə danışıqların bərpası şərti ilə baş verməlidir. 

Agentlik qeyd edir ki, avropalılar hələlik bu təklifə cavab verməyiblər.

Qərblə danışıqlarda vasitəçilik rolunu öz üzərinə götürən Oman tərəfi bildirib ki, ABŞ-İran danışıqlarının yeni mərhələsi mayın 3-də Avropada keçirilə bilər, lakin yekun qərar verilməyib.

İranın Britaniya, Fransa və Almaniyaya müraciəti ondan xəbər verir ki, Tehran hadisələrin inkişafı ilə bağlı müxtəlif variantları nəzərdən keçirir. Eyni zamanda İran 2015-ci il sazişini ratifikasiya edən qətnamənin müddəti başa çatanadək BMT sanksiyalarının bərpa edilib-edilməməsi ilə bağlı avropalıların mövqeyini qiymətləndirmək istəyir.

Xatirə SADİQ