Ukrayna dronları 1400 km uzaqlıqdakı hədəfi vurdu - Rusiyada

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) uzaqmənzilli dronları Rusiyanın Orenburq vilayətindəki “Orsknefteorqsintez” zavodunu 1400 km məsafədən vurub.

Oct 3, 2025 - 16:47
Ukrayna dronları 1400 km uzaqlıqdakı hədəfi vurdu - Rusiyada

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Mənbənin sözlərinə görə, aparıcı neft emalı zavodlarından biri olan “Orsknefteorqsintez”in vurulması nəticəsində yanğın baş verib.

Bu zavodda gücü ildə 6,6 milyon ton neft olan dörd ilkin neft emalı qurğusu işləyir. 

Xatirə SADİQ