İsrail Qəzzanı ələ keçirmək planını işə salır? - CNN
İsrailin təhlükəsizlik kabineti Qəzza zolağını ələ keçirmək planını təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, İsrailin bazar günü Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək və fələstinlilərə yardım çatdırmaq üçün yeni struktur yaratmaq üçün səs verib.
Səsvermə proseduru ordunun on minlərlə ehtiyatda olan əsgəri səfərbər edəcəyini elan etməsindən bir neçə saat sonra baş tutub. İddia edilir ki, İsrailin Qəzza zolağında yeni müharibə planına “əraziləri fəth etmək və orada qalmaq” daxildir.
İsrail hərbçiləri HƏMAS-a güclü zərbələr endirməklə Fələstin əhalisini Qəzza zolağının cənubuna sıxışdıracaq.
Xatirə SADİQ