MİT rəhbəri Özgür Özəllə görüşdü
Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində bazar ertəsi günündən etibarən siyasi partiyalarla məsləhətləşmələr aparır.
SAVASHMEDİA.az xəbər verir ki, Kalın bu gün ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özəllə görüşüb.
Türkiyə mətbuatı bunun ən uzun görüş olduğunu yazıb. Görüş 1 saat 45 dəqiqə davam edib.
Səlcuq