Ukraynalılar ABŞ Kəşfiyyat İdarəsinin yüksək vəzifəlisinin oğlunu öldürdü

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yüksək vəzifəli şəxsinin oğlu Rusiya-Ukrayna müharibəsində öldürülüb.

Apr 26, 2025 - 23:53
Ukraynalılar ABŞ Kəşfiyyat İdarəsinin yüksək vəzifəlisinin oğlunu öldürdü

SAVASHMEDİA.az xəbər verir ki, CİA-in vəzifəlisi Culiana Qallinanın oğlu Maykl Aleksandr Qloss ötən il Şərqi Ukraynada Rusiya tərəfindən döyüşərkən həlak olub.

Maykl Qloss Virciniya ştatında böyüyüb. Kommunizm ideologiyyasının dəstəkçisi olan Qloss Amerikaya nifrətini hər fürsətdə dilə gətirib.

Rusiyaya məxsus “Vkontakte” sosial şəbəkəsində açdığı profildə özünü belə tanıdıb:

“Çoxqütblü dünyanı dəstəkləyirəm. Evdən qaçdım, dünyanı gəzdim. Faşizmə nifrət edirəm.Vətənimi sevirəm”.

Qloss sosial şəbəkə hesabında dəfələrlə Rusiya və Fələstin bayraqlarını paylaşıb.

Rusiya saytlarının yazdığına görə o, 2022-ci ilin fevral ayından müqavilə əsasında Rusiya ordusunda xidmət edib.Yaxınları onun Rusiya ordusunda xidmət etməsini Rusiya vətəndaşlığı alaraq Rusiyada yaşamaq istəyi ilə əlaqələndirib.

Maykl Qlossun ölümünü anası Culiana Qallina 2024-cü ildə CİA-də vəzifəyə təyin olunduqdan bir neçə ay sonra elan edib.

Ailəsi tərəfindən yayımlanan nekroloqda isə bildirilib: “Nəcib qəlbli və döyüşçü ruhlu Maykl 4 aprel 2024-cü ildə Şərqi Avropada faciəvi şəkildə həyatını itirənə qədər öz qəhrəmanlıq səyahətini davam etdirdi”.

Banu