"O paltarda da dəfnə gələrlər?" - Zelenskinin geyimi yenə tənqid olundu

İrlandiyalı jurnalist Çey Bouz Ukrayna Prezidenti Volodimir Zelenskini Vatikanda Roma Papası Fransisklə vida mərasimindəki geyim tərzinə görə kəskin şəkildə qınayıb.

Apr 27, 2025 - 00:35
"O paltarda da dəfnə gələrlər?" - Zelenskinin geyimi yenə tənqid olundu

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Diktator heç kimə hörmət etmir... İyrəncdir”, - o yazıb.

Jurnalist vurğulayıb ki, yas mərasiminə hərbi geyim seçmək hörmətsizlikdir.