Misir Mərdanov ermənilərdən atası üçün nə istəyib? - Ermənistan mediası yazır

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birinci Qarabağ müharibəsindən sonra Ermənistana səfər edən ilk yüksəkvəzifəli azərbaycanlı deyil.

Jun 19, 2026 - 17:24
Misir Mərdanov ermənilərdən atası üçün nə istəyib? - Ermənistan mediası yazır

SAVASHMEDİA.az xəbər verir ki, erməni mediası Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun illər əvvəl Dilicana səfərinin detallarına geniş yer ayırıb.

Məqalədə bildirir ki, 1946-cı ildə Dilican rayonunun Göyərçin kəndində anadan olan Mərdanov 2001-ci ildə İrəvanda keçirilən beynəlxalq konfransa qatılıb və bu zaman doğulduğu yerləri ziyarət etmək istəyib.

Sitat: "Ermənistan Milli Təhlükəsizlik Xidmətinin müşayiəti ilə Salah kəndinə gedən sabiq nazir ata evinə baş çəkib. Həmin vaxt evdə Azərbaycanın keçmiş Xanlar (indiki Göygöl) rayonundan Ermənistana köçmüş Qriqor Qabrielyan və həyat yoldaşı yaşayırmış. Ev sahiblərinin qonaqpərvərliyindən məmnun qalan Misir Mərdanov atası Cümeyil Mərdanovun xahişi ilə həyətlərindən iki ovuc torpaq götürərək Bakıya aparıb. Sabiq nazir daha sonra təhsil aldığı məktəbə də baş çəkib". 

Məqalədə qeyd edilib ki, onun atası Cümeyil Mərdanov Salah kolxozunun sədri olub və ailənin evi kəndin seçilən ikimərtəbəli evlərindən biri imiş.

Sonradan həmin ev İrəvan sakinlərindən birinə 8 min dollara satılıb. Daha sonra isə ev bir neçə dəfə əl dəyişdirib. Hazırda evdən bağ evi kimi istifadə olunduğu bildirilir.

Hazırladı: Aytən