Səhiyyə Nazirliyinin xanım şöbə müdiri saxlanıldı - VİDEO
Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.
Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.