Ermənilər Azərbaycan əsgərini hansı MƏHBUSLA DƏYİŞMƏK İSTƏYİR? - Yerevandan TƏKLİF

Ermənistanda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin Bakıda məhbus həyatı yaşayan separatçı ermənilərlə dəyişdirilməsi təklif olunub.

Oct 4, 2026 - 17:58
Ermənilər Azərbaycan əsgərini hansı MƏHBUSLA DƏYİŞMƏK İSTƏYİR? - Yerevandan TƏKLİF

SAVASHMEDİA.az xəbər verir ki, təklifi Ermənistanın keçmiş deputatı, “Hayastan” blokunun üzvü Garnik Danielyan səsləndirib.

O, sonuncu açıqlamasında bildirib ki, Musayev əvvəlcə Ermənistanda mühakimə olunmalı, daha sonra onun erməni məhbuslarla dəyişdirilməsi məsələsi Bakı ilə müzakirə edilməlidir.

Musayev sentyabrın 26-da xidmət yerini tərk edib və sonradan Ermənistan ərazisində saxlanılıb. Ermənistan məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Azərbaycanda 19 separatçı erməni məhbus cəza çəkir. Nəsimi Musayevin konkret olaraq onlardan hansı ilə dəyişdirilmək istənildiyi məlum deyil.

Oğuz