Trampın "mənə yalvardı" sözlərinə Melonidən SƏRT CAVAB - "Yenə uydurur"
ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corciya Meloni ilə bağlı qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp İtaliyanın La7 telekanalına müsahibəsində G7 sammiti çərçivəsində Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını deyib.
“Yəqin, onunla danışdığıma görə çox sevindi. Onunla danışmaq məcburiyyətim yox idi. Mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Çox istəyirdi ki, birgə foto çəkdirək. Mən bunu etməyə də bilərdim, amma ona yazığım gəldi”, - Tramp bildirib.
Trampın bu sözləri İtaliyada ciddi narazılıq doğurub.
Corciya Meloni xüsusi açıqlama ilə çıxış edərək iddianın həqiqəti əks etdirmədiyini deyib.
“Bu sözlər tamamilə uydurmadır. Tramp yeni nələrsə uydurur. Nə mən, nə də İtaliya kimdənsə nəsə dilənməz, nəyəsə görə yalvarmaz", - Meloni bildirib.
Qalmaqal bununla da bitməyib. İtaliyanın xarici işlər naziri Antonio Tayani Trampın açıqlamalarını “təhqiredici” adlandırarqqı ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
Qeyd edək ki, son aylarda Tramp və Meloni arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdu. G7 sammitində tərəflərin münasibətləri normallaşdırmağa çalışdığı barədə xəbərlər yayılsa da, son qalmaqal iki lider arasında yeni diplomatik böhranın yaranmasına səbəb olub.
Oğuz