Dini nikaha görə cərimələr ARTIRILDI - Özbəkistanda
Özbəkistanda dövlət qeydiyyatına alınmamış nikah üzrə dini mərasimin keçirilməsinə və erkən nikahlara görə cəzalar sərtləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev oktyabrın 14-də bununla bağlı qanunu imzalayıb.
Yeni qanuna əsasən, dövlət qeydiyyatına alınmamış nikah üzrə dini mərasimin, o cümlədən kəbinin keçirilməsinə görə cərimə 15–30 baza hesablama vahidindən 30–50 vahidə qaldırılıb.
Bundan başqa, nikah yaşına çatmayan şəxslə faktiki ailə münasibətlərinə görə cərimə 5–10 vahiddən 10–15 vahidə yüksəldilib.
Yetkinlik yaşına çatmayan şəxsi evləndirən valideynlərə və ya onları əvəz edən şəxslərə tətbiq olunan cərimə isə 7–15 vahiddən 20–25 vahidə çatdırılıb.
Qeyd edək ki, dəyişikliklər bütün dini nikahların qadağan edilməsi demək deyil. Söhbət nikahın qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmaması və nikah yaşı ilə bağlı tələblərin pozulmasına görə məsuliyyətin artırılmasından gedir.
Aytən