“Ərdoğanla Baxçalı Netanyahu ilə eyni cəbhədədirlər” - Türkiyəli siyasətçi + VİDEO
“Netanyahu, Ərdoğan və Baxçalı birləşib İsraili dəstəkləyirlər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek deyib.
Partiya sədri Türkiyə rəhbərliyini ikili standartlarda ittiham edib. Perinçek bildirib ki, Türkiyə bir yandan Fələstin və Qəzzanın müdafiəçisi kimi çıxış edir, digər tərəfdən isə regional siyasətdə ABŞ və İsrailin maraqlarına xidmət edən qüvvələrlə əməkdaşlıq edir:
“Netanyahu, Ərdoğan və Baxçalı birləşib. Bəs Netanyahunun qarşısında idilər? Bəs prezidentimiz “One Minute” deyirdi. Hazırda Netanyahu ilə döyüş cəbhəsində bir olublar. Döyüş cəbhəsi önəmlidir. Bu, eyni zamanda Fələstin və Qəzzaya xəyanət demək deyil? Yəni Fələstin və Qəzzanı İsraillə bir olaraq müdafiə etmək olar? Yəmən İsrailə qarşı Fələstin və Qəzza cəbhəsində savaşır. Bizim liderlərimiz, respublikamıza rəhbərlik edən Cənab Prezidentimiz və onunla birlikdə hərəkət edən Dövlət Baxçalı isə Benyamin Netanyahu ilə birlikdə İsraili dəstəkləyirlər”.
D.Perinçek qeyd edib ki, Səudiyyə Ərəbistanını dəstəkləmək İsraili dəstəkləmək deməkdir:
“Husiləri, Yəmən rəhbərliyini lənətləmək Netanyahunun istifadə etdiyi eyni ifadələrdən istifadə etmək deməkdir. Bu gün ABŞ Prezidenti Donald Trampın Prezidentimizə təriflər deməsi, onu mükafatlandırması çox məyusedicidir. Bunu bütün Türkiyə görməlidir”.
Banu
Посмотреть эту публикацию в Instagram