"Ukrayna əraziləri verir və müharibə bitir" - Vens Trampın "sülh planı"nı açıqladı

ABŞ münaqişənin hazırkı təmas xətti əsasında nizamlanması variantını nəzərdən keçirərək, Ukraynada müharibənin dayandırılmasına nail olmaq niyyətindədir. 

Aug 10, 2025 - 19:02
"Ukrayna əraziləri verir və müharibə bitir" - Vens Trampın "sülh planı"nı açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti J.D.Vens Fox News telekanalına müsahibəsində deyib.

"Biz Ukraynadakı müharibənin maliyyələşdirilməsinə son qoyuruq. Biz bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyirik", - Vens deyib. 

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında gözlənilən danışıqlar Amerika diplomatiyası üçün “əhəmiyyətli irəliləyiş” olacaq.

Vens qeyd edib ki, Vaşinqton Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar apara biləcəyi məkan və zaman barədə razılığa gəlmək mərhələsindədir.

Bununla belə, Vitse-prezident hesab edir ki, Trampla danışıqlardan əvvəl iki liderin görüşünün məhsuldar olacağı ehtimalı aşağıdır.

Donald Tramp Vladimir Putinlə qarşıdakı görüşünün uğurlu olacağına əmin olmasa da, Vensin fikrincə, o, diplomatiyaya şans vermək üçün “cəhd etmək” lazım olduğuna inanır.

"Biz həm ruslar, həm də ukraynalılar üçün faydalı olan həll yolu tapmağa çalışacağıq", - Vans deyib.
ABŞ administrasiyasından verilən məlumata görə, mümkün razılaşma çərçivəsində ərazilərin mübadiləsi variantları müzakirə edilir. Bu cür təkliflərin konkret təfərrüatları hələ açıqlanmayıb.

Oğuz