Rusiya futboluna yeni nəfəs gətirən Ülvi Babayev - VİDEO

Ukraynaya hərbi təcavüzdən sonra beynəlxalq futbol yarışlarından uzaqlaşdırılan Rusiya həm də idman blokadası şəraitindədir. 

Oct 24, 2025 - 15:28
Rusiya futboluna yeni nəfəs gətirən Ülvi Babayev - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, amma Rusiya çempionatında çıxış edən 21 yaşlı azərbaycanlı futbolçu Ülvi Babayev Rusiya fuitbolunu "blokadadan çıxarmağı" bacarıb.

Belə ki, Moskvanın "Dinamo" komandasının sol cinah oyunçusu Ülvi Babayevin  "Krılya Sovetov"a qarşı oyunda bir -birindən baxımlı üç qol vurması idman ictimaiyyətinin böyük marağına səbəb olub. 

Xatırladaq ki, bu, onun peşəkar klub karyerasında ilk het-triki olub.

Ülvi Laçın oğlu Babayev 30 mart 2004-cü ildə Moskva vilayətinin Ximki şəhərində doğulub. Futbolla məşğul olmağa doğma şəhəri Ximkidə başlayıb, eyni adlı klubun yerli futbol sisteminə daxil olub. 2014-cü ilin yayında “Lev Yaşin adına Dinamo Akademiyası”na keçib. Ülvi indiki klubu "Dinamo"nun yetirməsidir. İstedadlı futbolçu 2018-cu ildə Rusiyanın U-15, bir il sonra isə U-16 komandasına da cəlb edilib. O, U-15 millisində 8, U-16-da isə 2 oyun keçirib.

Həmin qolların videosunu təqdim edirik: