Rusiyanı öz pulu ilə vuracaqlar - Saziş imzalandı
Kiyev və London dondurulmuş Rusiya aktivlərindən birgə istifadəyə dair razılığa gəliblər.
SAVASHMEDİA.az xəbər verir ki, əldə edilən gəlirləri müdafiə təyinatlı məhsulların alınması, hərbi texnikanın təmiri, Ukrayna və beynəlxalq müdafiə şirkətləri arasında birgə layihələr üçün istifadə etmək planlaşdırılıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna və Britaniya dondurulmuş Rusiya aktivlərindən artıq mənfəətin istifadəsi ilə bağlı saziş layihəsi imzalayıblar. Ukrayna 2025-2026-cı illər ərzində 3 milyard dollar alacaq. Vəsaitlər xaricdə istehsal olunan müdafiə təyinatlı məmulatların alınmasına, hərbi texnikanın təmiri və texniki xidmətinə, Ukrayna və beynəlxalq müdafiə şirkətlərinin iştirakı ilə birgə layihələrin həyata keçirilməsinə, digər mühüm materialların, o cümlədən Ukrayna istehsalı olan məhsulların alınmasına yönəldiləcək”, - deyə Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Səlcuq