“Ukraynadan qaz tranzitinin dayandırılması Macarıstana təsir etməyəcək” – Peter Siyarto

“Macarıstan “Türk axını” qaz kəməri sayəsində Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasından zərər çəkməyəcək”.

Nov 25, 2024 - 15:22
“Ukraynadan qaz tranzitinin dayandırılması Macarıstana təsir etməyəcək” – Peter Siyarto

SAVASHMEDİA.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto İstanbul enerhi forumunda çıxışında bildirib. 

Nazir vurğulayıb ki, alternativ yol axtarışı yoxdur: “Türk axını” sayəsində buna ehtiyacımız yoxdur. Çünki bir neçə il əvvəl biz Türkiyə, Bolqarıstan, Serbiya və Rusiya ilə birlikdə “Türk axını”nı inşa etmişik. İndi Macarıstan “Türk axını” vasitəsilə təbii qaz tədarük edir”.

Onun sözlərinə görə, Macarıstan gündəlik 20 milyon kubmetrdən çox qaz idxal edir ki, bu da yeni rekorddur. Bu il “Türk axını” ilə Macarıstana 6,6 milyard kubmetrdən çox təbii qaz daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Ukraynanın Rusiyanın "Qazprom" şirkəti ilə tranzit müqaviləsi 2024-cü ildə başa çatır və Ukrayna hökuməti onu yeniləmək niyyətində olmadığını təsdiqləyib. 

Macarıstan “Türk axını” ilə gələn Rusiya qazının tədarükünü artırmağı planlaşdırır. 

Xatirə SADİQ