Kral III Çarlzın səhhəti kəskin pisləşdi

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzın səhhəti son aylarda kəskin pisləşib.

Aug 17, 2025 - 09:48
Kral III Çarlzın səhhəti kəskin pisləşdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Radar Online" portalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

"Əsa sadəcə kral portretinin ənənəvi aksessuarı deyil, o, artıq zərurətə çevrilib", - mənbə bildirib.

Bildirilir ki, Britaniya monarxı üçün Norfolk malikanəsinin ərazisində hərəkət etmək çətinləşib. O, xəstəliyin səbəb olduğu ağrını azaltmaq üçün spirtli içkilər qəbul edir.