“Putin əmin olmalıdır ki, döyüş meydanında...” – NATO-nun sabiq Baş katibi

“Rusiya ilə danışıqlara razılıq verib-verməməsinə Ukrayna təkbaşına qərar verməlidir”. 

Oct 15, 2024 - 00:36
“Putin əmin olmalıdır ki, döyüş meydanında...” – NATO-nun sabiq Baş katibi

SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, yalnız Ukrayna ciddi danışıqların və ya hətta sülh danışıqlarının vaxtına və ilkin şərtlərin nə olduğuna qərar verə bilər. “Ancaq müharibənin sonu mütləq sülh gətirməyəcək, çünki Rusiyanın işğalı sülh demək deyil”.

NATO-nun keçmiş Baş katibi deyir ki, vəzifə Ukraynanın suveren və müstəqil dövlət kimi yaşaya bilməsi üçün müharibəyə son qoymaqdır.

“Putin əmin olmalıdır ki, o, döyüş meydanında öz məqsədlərinə çata bilməz. Buna nail olmaq üçün biz Ukraynaya daha çox dəstək verməliyik. Bu barədə heç bir illüziyam yoxdur. Putini dəyişə bilməyəcəyik. Amma mən düşünürəm ki, Ukraynanı dəstəkləməyə davam etsək, onun planını dəyişə biləcəyik”.

Xatirə SADİQ