Rusiyalı hakerlər Rumıniya hökumətinin saytlarına hücum edib
Bir qrup rusiyalı haker mayın 4-də Rumıniya hökumətinin və prezidentliyə namizədlərin internet səhifəsinə hücum edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “G4media” rumın informasiya agentliyi məlumat yayıb.
Agentlik yazır ki, DDOSIA/NoName057 kimi tanınan qrup tərəfindən həyata keçirilmiş bu hücum seçicilərin birinci turda növbəti ölkə prezidentinə səs verdiyi zaman baş verib.
Hücum Rumıniya Konstitusiya Məhkəməsinin saytına, əsas hökumət portalına, Rumıniya Xarici İşlər Nazirliyinin saytına və prezidentliyə namizədlərin internet səhifələrini hədəfə alıb.
Agentlik qeyd edib ki, hakerlər öz “Telegram” kanallarında kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb, hədəflər arasında daxili işlər və ədliyyə nazirliklərinin saytlarını da göstəriblər.
Kibertəhlükəsizlik üzrə Milli İdarənin məlumatına görə, hücuma məruz qalan namizədlərin internet saytları arasında hakim koalisiya namizədi Krin Antonesku və müstəqil namizəd olan Buxarest meri Nikuşor Danın saytları da var. Bildirilib ki, haker qrupu tərəfindən siyahıya alınan internet saytları artıq yerli vaxtla saat 14:00-da fəaliyyətə başlayıb.
Mayın 4-də Rumıniyada prezident seçkilərinin birinci turu keçirilib və nəticədə rusiyayönlü ifrat sağçı lider George Simion 40, 94% Buxarestin meri Nikoşor Dan 20,99% səs toplayıb.
Xatirə SADİQ