Evlənməyə hazırlaşan məşhur aktrisa döyüldü - FOTO

Tanınmış türkiyəli aktrisa Məltəm Miraloğlu ABŞ-də vəhşicəsinə döyülüb.

May 5, 2025 - 13:41
Evlənməyə hazırlaşan məşhur aktrisa döyüldü - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, özündən 40 yaş böyük Jozef adlı iş adamı ilə evlənməyə hazırlaşan aktrisa ona aşiq olan amerikalı gənc tərəfindən döyülüb. 

Miraloğlunun qabırğaları qırılaraq ağciyərinə batıb. Cərrahi müdaxilə nəticəsində aktrisa həyata qaytarılıb. 

Qeyd edək ki, M.Miraloğlu ilk dəfə özündən 48 yaş böyük amerikalı iş adamı Patrik Qredi ilə ailə qurub. Bir müddət sonra Qredi vəfat edib və məlum olub ki, o sərvətindən Miraloğluya heç nə verməyib. Aktrisa bundan sonra evlərdə xadimə işləyib. Döyülməzdən öncə isə marketdə türk yeməkləri bişirib satırmış.

Xatırladaq ki, Məltəm Miraloğlu ilk dəfə 2011-ci ildə “Hayat devam ediyor” adlı serialda çəkilib. 

Serialda yeniyetmə olmasına baxmayaraq, babası yaşında varlı kişi ilə ailə qurmağa məcbur edilən Hayat adlı qızı canlandırıb. Serialın ssenarisini Mahsun Kırımızıgül yazıb. Serialdan sonra məşhurlaşan Miraloğlu evlənərək ABŞ-yə köçüb.

Banu