Zelenski Trampla söhbətinin detallarını açıqladı - "O, məni anladı"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampla danışıqlarının təfərrüatlaerını açıqlayıb. 

Oct 17, 2024 - 16:55
Zelenski Trampla söhbətinin detallarını açıqladı - "O, məni anladı"

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə Avropa Şurasının iclasında çıxışndan sonra keçirdiyi mətbuat konfransında danışıb.

O, bildirib ki, Trampla görüşü zamanı Ukraynanın NATO-ya üzv olmasının vacibliyini müzakirə edərkən vaxtilə Kiyevin nüvə silahından imtina etdiyini xatırladıb.

Ukraynanın dövlət başçısı Budapeşt Memorandumunun nüvə silahından imtina etmiş Ukraynanı qoruya bilməyən səmərəsiz saziş kimi xatırladıb.

“Bu böyük ölkələrdən, bütün nüvə dövlətlərindən hansı əziyyət çəkdi? Hamısı? Yox, təkcə Ukrayna. Kim nüvə silahını verdi? Hamısı? Təkcə Ukrayna. Bu gün kim döyüşür? Ukrayna. Donald Trampla söhbətdə mən ona dedim: “Hansı çıxış yolumuz var? Ya Ukraynanın nüvə silahı olacaq, o zaman bu, bizim üçün müdafiə olacaq. Ya da bizim hansısa ittifaqımız olmalıdır. Bu gün isə biz NATO-dan başqa mövcud olan ittifaq bilmirik”, - deyə Zelenski vurğulayıb. 

O,  əlavə edib ki, NATO ölkələri bu gün döyüşmür, buna görə Ukrayna nüvə silahını deyil, NATO-nu seçir.

“Hesab edirəm ki, Donald Tramp məni anladı. O, dedi: “Sizin ədalətli arqumentləriniz var”, - deyə Zelenski bildirib.

O, həmçinin bildirib ki, tərəfdaşları onun qələbə planını dəstəkləməsələr, bu, böyük səhv və Rusiya üçün imtiyaz olacaq.

Onun sözlərinə görə, Avropa İttifaqı sammitində 18 lider onun “qələbə planını” şərh edib və əksəriyyət onu dəstəkləyib. 

Xatirə SADİQ