Ukrayna F-16 ilə Rusiya ərazisinin dərinliklərinə zərbə vura bilər – Niderland icazə verdi

Niderlanddan verilən F-16 qırıcılarının köməyi ilə Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirə bilər. 

Oct 17, 2024 - 16:13
Ukrayna F-16 ilə Rusiya ərazisinin dərinliklərinə zərbə vura bilər – Niderland icazə verdi

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans NATO-da keçirilən iclasda deyib. 

“Biz F-16 qırıcılarının ilk partiyasını təhvil verdik. İndi o Ukrayna hava məkanındadır. Biz həmişə deyirdik ki, Ukrayna beynəlxalq hüquqa əməl etməlidir, lakin beynəlxalq hüquqda məsafə ilə bağlı heç bir məhdudiyyət yoxdur”, - Brekelmans vurğulayıb. 

O əlavə edib ki, söhbət F-16 qırıcılarının yalnız Rusiya ilə sərhəddə və ya sərhəddən 100 km aralıda istifadəsindən gedir. 

“Buna görə də biz Ukraynaya özünümüdafiə üçün F-16 qırıcılarından istifadə etməyə icazə veririk. Bu, raketləri tutmaq və ya, məsələn, Rusiyadakı aerodromları məhv etmək, yəni hərbi məqsədlər üçün tələb oluna bilər”, - deyə niderlandlı nazir izah edib.

Qeyd edək ki, Niderlandın hərbi və hökumət rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ukraynaya təhvil verilmiş F-16 qırıcı təyyyarələrindən Rusiya üzərindən istifadə etməyə icazə veriləcək. 

Xatirə SADİQ