Məşhur aktyora İmamoğluya görə 7,6 il cəza verildi - FOTO

Türkiyənin reytinq rekordları qıran “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialının məşhur aktyoru Cem Yiyit Üzümoğluya 7 il 6 ay müddətinə həbs cəzası verilə bilər.

Jul 16, 2025 - 21:03
Məşhur aktyora İmamoğluya görə 7,6 il cəza verildi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Üzümoğlunun İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra başladılan aksiyalara və “2 Aprel-istehlakçı boykotu”na dəstək verməsidir.

Cem Yiğit Üzümoğlu da daxil olmaqla aksiyalara və boykota dəstək verən 21 nəfər barəsində İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq tamamlanıb. B.Prokurorluq tərəfindən hazırlanan ittiham aktında sözügedən 21 nəfər “şübhəli” kimi göstərilib.

İttiham aktında bildirilir ki, şübhəlilər tərəfindən boykot elanları cəmiyyətdaxili birlik və həmrəylik kimi ümumi dəyərləri pozaraq, cəmiyyətin müxtəlif sosial sinif xüsusiyyətlərinə malik bir təbəqəsi arasında digər təbəqəyə qarşı açıq şəkildə nifrət və düşmənçiliyi qızışdırıb.

Fotoda Cem Yiyit Üzümoğlu

İttiham aktında qeyd edilib ki, Cem Yiyit Üzümoğlunun mobil telefonu da yoxlanılıb. Onun “Aktyorlar Birliyi” adlı mesajlaşma qrupunda ““Teşkilat” serialının çəkiliş meydanının harada olduğunu öyrənirəm, basqın edək?”, “Çəkilişləri dayandıraq”, “Çəkilişlərə basqın etmək üçün yerləri bu gün öyrənmişəm” kimi mesajlar yazdığı iddia olunub. Aktda vurğulanır ki, Üzümoğlu bu mesajları sözügedən qrupa aktrisa Aybüke Pusatın boykota dəstək verdiyi üçün TRT-nin “Teşkilat” serialından çıxarılmasından sonra yazıb.

Qeyd edək ki, Cem Yiyit Üzümoğlu “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar” serialında “Cevat” obrazını canlandırırdı.

Banu