Türkiyəli futbolçunun xanımı "Kim Milyoner Olmak İster" yarışmasında - FOTO
Türkiyəli futbolçunun həyat yoldaşı Merve İrem Taşdemir “Kim milyoner olmak ister” yarışmasının iştirakçısı olub.
SAVASHMEDİA.az xəbər verir ki, Merve Taşdemir sosial mediada “ilk sualda köməkdən istifadə edən yarışmaçı” kimi yadda qalıb.
O, “uzun müddət tox saxlayır, həzm sistemini dəstəkləyir və enerji səviyyəsini tənzimləyir, bu hansı məhsuldur?” sualının cavabını bilmədiyi üçün tamaşaçıların köməyinə müraciət edib.
Kömək nəticəsində ilk suala düzgün cavab verən Taşdemir ikinci itirilməyən məbləğə qədər gəlib çatmağı bacarıb. O, yarışmadan 50 min tl ilə ayrılıb.
Sonradan məlum olub ki, Merve İrem Taşdemir “Qalatasaray”ın futbolçusu olmuş Emre Taşdemirin həyat yoldaşıdır.
Qeyd edək ki, Emre Taşdemir hal-hazırda “Qaziantep” futbol klubunun heyətində çıxış edir.
Banu