Rus zabitini yaralayıbmış - Şahin Şıxlinskinin oğlu ifadə verdi + VİDEO
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvalı Şıxlinskinin məhkəmədə verdiyi ifadə açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, baş verənlərdən peşman olduğunu bildirib.
Barəsində hökumət nümayəndəsinə qarşı zorakılıq maddəsi ilə iş açılan Mutvalı Şıxlinski məhkəmədə hökumət rəsmisinə qəsdən zərər vurmadığını və baş verənlərdən təəssüfləndiyini bildirib.
O, növbətçi zabitə qəsdən zərər vurmadığını deyib: "Bu, qəsdən olmadı. Onu görmədim, sağımda idi, ona zərər yetirdiyimi sonradan bildim. Baş verənlərdən çox təəssüflənirəm".
Xatırladaq ki, o, atası Şahin Şıxlinskinin saxlanılması zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa çalışarkən "Rosqvardiya" zabitlərindən birini yaralamaqda ittiham edilir.
Oğuz