Lukaşenko “başları qoparmaq”la hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko biçin kampaniyası zamanı mexanizator çatışmazlığından narazılığını bildirib və müvafiq təcrübəsi olan şəhər sakinlərinin kənd təsərrüfatı işlərinə cəlb olunmasını tələb edib. 

Jul 18, 2025 - 17:15
Lukaşenko “başları qoparmaq”la hədələdi

SAVASHMEDİA.az BELTA agentliyinə istinadən xəbər verir ki. bu barədə o, Minskdə keçirilən konfransda bildirib.

“Bunun üçün təkcə qulaqları deyil, başları da qoparmaq lazımdır”, - deyə Lukaşenko eyni mexanizatorların yem kombaynlarında və taxılyığan maşınlarda işləməsini şərh edərkən deyib. 

Belarus prezidenti xatırladıb ki, bu məsələ ötən il də qaldırılıb. O zaman kombaynçı və ya onların köməkçisi kimi təcrübəsi olan şəhər sakinlərinin məhsul yığımına cəlb olunması təklifi irəli sürülüb.

“Onlarla razılığa gəlmək və cəlb etmək, hərbi dillə desək, məhsulu yığmağa onları səfərbər etmək lazım idi”, - deyə Lukaşenko əlavə edib. 

Xatirə SADİQ